Voleybol üzrə Çempionlar Liqasına yekun vurulub. "Rekord.az" xəbər verir ki, İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi böyük finallarda həm qadınlar, həm də kişilər mübarizəsində qaliblər bəlli olub.

Qadınların həlledici qarşılaşmasında Türkiyənin iki təmsilçisi, "Vakıfbank" və "Eczacıbaşı" klubları üz-üzə gəlib. Görüş birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Kişilərin yarışında bir ölkənin iki təmsilçisi qarşılaşıb. Polşanın "Grupa Azoty" və "Jastrzebski Wegiel" kollektivlərinin final görüşündə birincilər 3:2 hesabı ilə qalib gələrək çempion olub.