İngiltərə Çempionşipində mübarizə aparan klubların kollektivindən növbəti dəfə koronavirus testi götürülüb.

Rekord.az xəbər verir ki, analizlər nəticəsində 9 nəfərin koronavirusa yoluxduğu müəyyənləşib.

İngiltərə Futbol Liqasından (EFL) verilən rəsmi açıqlamaya görə, mayın 30-da və iyunun 2-də Çempionşipdə çıxış edən 24 klubda bütövlükdə 1094 nəfər testdən keçirilib. Onların arasında 6 ayrı klubdan 9 nəfərdə koronavirus aşkarlanıb. Lakin adlar açıqlanmayıb.

Test nəticəsi müsbət çıxan şəxslər karantinə alınıblar və xüsusi nəzarətə götürülüblər.

Daha əvvəl Çempionşipdə 15 nəfərdə koronavirus aşkarlanmışdı.