Ölkəmizi qadın voleybolçuları arasında avrokubokda təmsil edəcək "Azərreyl" klubunun rəqibi bəlli. "Rekord.az" xəbər verir ki, "Challenge cup"da yarışacaq komandamız mübarizəyə 1/32 finaldan qoşulacaq. 

"Azərreyl"in turdakı rəqibi Slovakiyanın "Slovan" klubu olacaq. Cütün ilk qarşılaşması Bakıda baş tutacaq. Həmin oyun 22-24 noyabr tarixlərində, cavab qarşılaşması isə 29 noyabr - 1 dekabrda keçiriləcək.

Qeyd edək ki, "Azərreyl" son ölkə çempionatının gümüş medalını qazanıb.