![photo](https://www.rekord.az/storage/uploads/5/az-1682664034-cbc-sport.jpg)
Çempionun 2 oyunu canlı göstəriləcək
- 15 Avq 2023 18:00
- 307
Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək Azərbaycan çempionu "Araz-Naxçıvan"ın ilk 2 oyunu “CBC Sport”la canlı yayımlanacaq.
Rekord.az xəbər verir ki, təmsilçimiz avqustun 23-də Türkiyə çempionu "İstanbul Şişli", ertəsi gün isə Almaniyanın "Yan Regensburq" klubu ilə qarşılaşacaq.
Hər iki oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.