“Sumqayıt”la müqaviləsi başa çatan Mehti Cənnətov komandanı tərk edə bilər.

Rekord.az xəbər verir ki, “Sumqayıt” avrokuboka vəsiqə qazanmasa, dağıstanlı qapıçının gedişi daha da tezləşə bilər.

Əldə etdiyimiz məlumata görə, Premyer Liqanın başqa bir təmsilçisi olan “Keşlə” onun xidmətində maraqlıdır. Özü də qapıçıya “Sumqayıt”da aldığından iki dəfə çox maaş təklif olunub.