Cənub zonasında "İdman hamı üçün" layihəsi
- 31 İyl 2023 12:43
- 374
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran, Astara, Lerik və Masallı rayonlarında "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi idman tədbirləri keçirilib.
Rekord.az xəbər verir ki, futbol, voleybol, atletika, dama, şahmat, ağır atletika, taekvondo hamı üçün kütləvi idman tədbirləri nümayiş etdirilib
Tədbirlərdə 150 nəfərdən çox rayonların sakinləri iştirak etmiş və onların marağına səbəb olub.
Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.