Dünya çempionatının 1/8 final mərhələsində Braziliyaya 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandıran Cənubi Koreya millisinin futbolçusu Son Xın Min matçla bağlı fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, jurnalistlərə açıqlamasında o, əllərindən gələn hər şeyi etdiklərini bildirib.

Futbolçu azarkeşlərin onları anlayışla qarşılamalarını istəyib: "Hər şeyimizi verdik, bizi qınamayın. Braziliya millisinin futbolçularına bir dəfə şans verdin ondan istifadə edəcək. Öz futbolçularımızı günahlandırmaq istəməzdim. Heç nədən çəkinmədən özlərini meydançada qoydular. Fəxr edirəm ki, onlar buna nail oldular".