![photo](https://www.rekord.az/storage/uploads/5/lee-kang-in.jpg)
Cənubi Koreya millisinin üzvü PSJ-də
- 09 İyl 2023 00:51
- 260
PSJ İspaniyanın "Malyorka" klubunun və Cənubi Koreya millisinin yarımmüdafiəçisi Li Kan İni transfer edib.
Rekord.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Li Kan İn PSJ tarixində ilk cənubi koreyalı oyunçudur. Klub onun transferi üçün İspaniya təmsilçisinə 22 milyon avro ödəyib. O, yeni komandasında 19 nömrəli formanı geyinəcək.
2022/23 mövsümündə Li Kan "Malyorka"nın heyətində 39 oyuna çıxıb, 6 qol vurub və 7 qol ötürməsi verib.