Cənubi Koreyada ilin futbolçusu müəyyənləşdi
- 02 Yan 2024 20:00
- 244
“Bayern”in müdafiəçisi Kim Min Jae Cənubi Koreyada ilin ən yaxşı futbolçusu seçilib.
Rekord.az Koreya Futbol Assosiasiyasına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu səsvermədə daha əvvəl bu mükafatı ardıcıl 4 dəfə qazanmış “Tottenhem”in hücumçusu Son Hın Mini qabaqlayıb.
2023-cü ildə Kim Min Jae “Napoli” ilə İtaliya çempionatının qalibi olub.