Rusiya millisinin keçmiş baş məşqçisi Stanislav Çerçesov iş yerindən ayrılmasının təfərrüatları barədə danışıb.

Rekord.az xəbər verir ki, onun fikirlərini “R-Sport” dərc edib.

“Məni qovmadılar. Bu, vacib məqamdır. Məşqçilər heyəti tərəfindən müqavilədə göstərilən bütün tapşırıqlar yerinə yetirildi. Razılaşdırdığımız hər şey icra edilib”, - deyə 57 yaşlı futbol mütəxəssisi qeyd edib.

S.Çerçesov söyləyib ki, onlar rəhbərliklə görüşüb, komandadakı vəziyyəti müzakirə edib və qarşılıqlı razılaşma ilə müqaviləyə xitam verməyə qərar veriblər.