“Liverpul”un əfsanəvi futbolçularından olmuş Stiven Cerrard ABŞ-a transfer olmazdan əvvəl klubun ona təklif etdiyi 1 illik müqaviləni imzalamaqdan imtina etməsindən peşman olub.

Rekord.az xəbər verir ki, o, “Daily Mail” nəşrinə müsahibəsində deyib: “Həmin müqaviləni imzalasaydım, bəlkə də Yurgen Kloppun komandasında az da olsa oynamaq imkanım yaranardı və zəfərlərin iştirakçısı olardım”.

“Kiçik bir peşmanlığım var” deyən Cerrard klubun ona etdiyi yaxşıları heç vaxt unutmayacağını söyləyib.

Qeyd edək ki, Cerrard 2017-ci ildə karyerasını başa vuraraq məşqçiliyə başlayıb.