Cerrard Qurban Qurbanovun planlnı necə pozur?
- 05 İyn 2020 13:00
- 800
"Qarabağ"ın transfer gündəmində olan qapıçısı Vatslav Qladkinin Azərbaycana gəlişi baş tutmaya bilər.
Rekord.az xəbər verir ki, sözügedən qapıçı “Sent-Mirren” (Şotlandiya) ilə yollarını ayıracaq.
İş ondadır ki, 30 yaşlı çexiyalı qolkiperin başa çatan müqaviləsi yenilənməyəcək. Amma bir məsələ var ki, azad agent olan oyunçu ilə Şotlandiyadan "Reyncers" klubu da maraqlanır. Belə ki, komandanın baş məşqçisi Stiven Cerrard Qladkini öz komandasında görmək istəyir.
Şotlandiya mətbuatında yayılan məlumata görə, çexiyalı qapıçı "hə" deyəcəyi təqdirdə Ağdam klubu ona 200 min fynt-sterlinq ödəməlidir.