![photo](https://www.rekord.az/storage/uploads/4/cerrard-2.jpg)
Cerrardan "Liverpul" mesajı
- 22 Mar 2021 12:21
- 1682
"Düzdür, mənimlə İngiltərədən bir klub maraqlanır. Bu komandanın adını və təklifin detallarını açıqlamayacam. Ancaq bu təklif mənim düzgün yolda olduğumu göstərir. Bu, yaxşı iş gördüyümün sübutudur".
Rekord.az xəbər verir ki, bu sözləri "Reyncers"in baş məşqçisi Stiven Cerrard Britaniya mətbuatına açıqlamasında deyib.
"Liverpul"un sabiq kapitanı doğma komandasını çalışdıracağı haqda xəbərlərə növbəti dəfə münasibət bildirib: "Mənə daha əvvəl də “Liverpul”la bağlı suallar verilib. Mənim də cavablarımı eşitmisiz. Bu mövzuda kifayət qədər söhbətlər olub. Mənim hədəfim və xəyallarım var. “Liverpul”da işləmək hədəfim və arzumdur”.
Xatırladaq ki, 1998-2015-ci illərdə “Liverpul”da çıxış edən Cerrard 2018-ci ildən “Reyncers”i çalışdırır. Onun komandası bu mövsüm Şotlandiya çempionu olub.