CEV azərbaycanlı mütəxəssisi Avropa çempionatının seçmə mərhələsinə göndərir
- 22 Apr 2022 10:46
- 495
Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova yeniyetmə qızlar arasında keçiriləcək U-17 Avropa çempionatının təsnifat oyunlarına təyinat alıb. "Rekord.az" xəbər verir ki, N.İsmayılova C qrupunun matçlarında supervayzer funksiyasını yerinə yetirəcək.
Bu qrupun oyunları 22-24 aprel tarixlərində Almaniyanın Kienbaum vilayətində keçiriləcək.
Qeyd edək ki, C qrupunda ev sahibləri ilə yanaşı, Belçika, İsrail və Litva milliləri mübarizə aparacaqlar. Görüşlərin hakimləri moldovalı Andrey Taran, türkiyəli Hatice Özmen Yıldız, polşalı Anna Niedbal və serb Aleksandra Balandzic olacaq.