Beynəlxalq dərəcəli hakimlərimiz Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıblar. "Rekord.az" xəbər verir ki, beynəlxalq dərəcəli hakimlərimiz Fuad Hacıyev və Zaur Hacıyev qadın voleybolçular arasında avrokubok matçlarına çıxacaqlar. 

Fuad Hacıyev bu gün CEV kubokunun 1/8 final mərhələsinin görüşünü idarə edəcək. O, Serbiyanın “Zeleznicar LAJKOVAC” və İtaliyanın “Reale Mutua Fenera CHIERI’76”
klublarının qarşılaşmasında ikinci hakim olacaq.

Noyabrın 30-da isə Zaur Hacıyev Çelenc kubokunun 1/8 final mərhələsində “Galatasaray Daikin ISTANBUL” (Türkiyə) - “VC WIESBADEN”(Almaniya) qarşılaşmasında birinci hakim olacaq.