CEV-dən həmyerlimizə növbəti etimad
- 27 Fev 2023 14:32
- 390
Avropa Voleybol Konfederasiyası (CEV) növbəti dəfə həmyerlimizə etimad göstərib. "Rekrod.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana avrokubok oyununa təyinat alıb.
Frişman qadın voleybolçular arasında Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində Türkiyənin “Vakıfbank” və Polşanın "LKS Lodz" klubları arasında keçiriləcək qarşılaşmada supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Martın 1-də Türkiyənin İstanbul şəhərində baş tutacaq matçın hakimləri isə macarıstanlı Halasz Tibor və rumıniyalı Visan Benonedir.
Qeyd edək ki, “Vakıfbank” və "LKS Lodz" klublarının ilk qarşılaşması Türkiyə klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.