Avropa Voleybol Konfederasiyası (CEV) avrokuboklarda daha qarşılaşmada həmyerlimizə etimad göstərib. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdarə Təşkilatı Komissiyasının üzvü Mixail Frişman qadın voleybolçular arasında Çempionlar Liqasına təyinat alıb.

Həmyerlimiz Serbiyanın paytaxtı Belqradda baş tutacaq C qrupunun "Crvena Zvezda Beograd" (SRB) - "SC Potsdam" (GER) matçında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Bu gün Belqradın “Vojdovas” İdman Mərkəzində keçiriləcək qarşılaşmanın hakimləri makedoniyalı Sanja Simonovska və yunanıstanlı Vasileios Vasileiadis olacaqlar.