CEV həmyerlimizə növbəti dəfə etimad göstərdi
- 20 Fev 2024 17:00
- 219
Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib. "Rekord.az" xəbər verir ki, həmyerlimiz voleybol üzrə avrokubok matçında iştirak edəcək.
Frişman qurum tərəfindən kişi voleybolçular arasında CEV Kubokunun yarımfinal görüşünə təyinat alıb. O, fevralın 21-də Türkiyənin İzmir şəhərində keçiriləcək “ARKAS İZMİR” (TUR) və “SVG LÜNEBURG” (GER) klublarının oyununda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qarşılaşmanın hakimləri bolqarıstanlı Atanas Varbanov və çexiyalı Zdenek Grabovsky olacaq.