Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə növbəti dəfə etimad göstərib. "Rekord.az" xəbər verir ki, beynəlxalq dərəcəli hakimimiz Eldar Zülfüqarov Çempionlar Liqasına təyinat alıb. 

Təcrübəli mütəxəssis yanvarın 18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının D qrupunun matçını idarə edəcək.

Zülfüqarov Türkiyənin "Fenerbahçe Opet" və Almaniyanın "Allianz MTV Stuttgart" klubları arasında keçiriləcək oyunun əsas hakimi olacaq. Matçın ikinci hakimi funksiyasını rumıniyalı Paul Catalin Szabo-Alexi yerinə yetirəcək. “Burhan Felek” voleybol salonunda baş tutacaq qarşılaşmanın start fiti yerli vaxtla 17:30-da çalınacaq.