Türkiyəli futbolçu Semih Kaya Çexiyanın “Sparta” klubundan ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

29 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb. Onun azad agent kimi Praqa təmsilçisini tərk etdiyi vurğulanıb.

Qeyd edək ki, Semih Kaya 2017-ci ildə "Qalatasaray"dan 2 milyon avroya "Sparta"ya transfer olunmuşdu.