Çexiya millisinin kapitanı Vladimir Darida zədəsini sağaldıb.

Rekord.az "Tipsbladet" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi  artıq komanda ilə məşqlərə qayıdıb.

O, Bakıda keçiriləcək Avro-2020-nin 1/4 final mərhələsimin Danimarka oyununda iştirak edə bləcək.

Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda  oynanılacaq Çexiya - Danimarka görüşü saat 20:00-da başlayacaq.

Xatırladaq ki, Darida zədə səbəbindən 1/8 finalda Niderlandla matçı (2:0) buraxmışdı.