“Xetafe”nin yarımmüdafiəçisi Yakub Yankto İtaliya klubu “Kalyari”yə keçib.

Rekord.az xəbər verir ki, Çexiya millisinin üzvü ilə 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Yankto başa çatan mövsümü icarə əsasında Çexiyanın “Sparta” klubunda keçirib, 16 oyuna çıxıb və bir qol vurub.

Xatırladaq ki, “Kalyari” 2023/24 mövsümündən etibarən İtaliya A Seriyasında mübarizə aparacaq. Klaudio Ranyerinin çalışdırdığı Sardiniya təmsilçisi bir illik fasilədən sonra yenidən A Seriyasına qayıdıb.