Çexiyada çempion bəlli oldu
- 25 İyn 2020 21:21
- 862
Futbol üzrə Çexiya çempionatında cari mövsümün qalibi məlum olub.
Rekord.az xəbər verir ki, “Slaviya” çempionatın 32-ci turunda öz meydanında “Viktoriya”ya 1:0 hesabı ilə qalib gələrək, çempionluğunu rəsmiləşdirib.
Xallarının sayını 78-ə çatdıran paytaxt təmsilçisi, çempionatın sonuna 3 tur qalmış ən yaxın rəqibi “Viktoriya”nı 9 xal qabaqlayır.
Bu, “Slaviya”nın 6-cı ölkə çempionluğudu. Praqa klubu daha öncə 1995/96, 2007/08, 2008/09, 2016/17 və 2018/19 mövsümlərində Çexiya çempionu olmuşdu. Bu baxımdan rekord Praqanın digər təmsilçisi “Sparta”ya məxsusdu – 12 çempionluq.