Xəbər verdiyimiz kimi, azərbaycanlı hakim Zeynal Zeynalov koronavirusa yoluxduğu üçün Çexiyada karantinə alınmışdı.

Rekord.az saytının məlumatına görə, Hakimlər Komitəsi tərəfindən redaksiyamıza adıçəkilən şəxslə bağlı yeni informasiya daxil olub. Zeynal Zeynalov artıq ölkəmizdədi.

O, 1 həftə özünütəcrid etdikdən sonra yenidən COVİD-19 testi verib. Analizin nəticəsi neqativ olduğu üçün hakim Azərbaycana geri dönüb.

Qeyd edək ki, Zeynal Zeynalov Avropa Konfrans Liqasının “Yablonets” (Çexiya) – “Randers” (Danimarka) qarşılaşmasında yan xətt hakimi funksiyasını yerinə yetirməli idi. ("Futbol plus")