Xəbər verdiyimiz kimi, "Turan Tovuz" Murad Musayev tərəfindən "Sabah"ın əvəzedici komandasına göndərilmiş Ceyhun Nuriyevi mövsümün sonuna kimi icarəyə götürmək istəyir. Futbolçu özü də daha çox oynayacağı kluba keçmək istəyir.

Rekord.az xəbər verir ki. əslində "Sabah" özü də Nuriyevin gedişinin əlehinə deyil.

Bəs keçidi yubadan, əngəl olsn səbəb nədir? Əldə etdiyimiz məlumata görə, "Sabah" futbolçunun Tovuza gedişinə etiraz etmir. Lakinbir şərtlə ki, Ceyhun "Sabah"la 3 illik müqaviləyə ima atıb ondan sonra hara istəsə keçə bilər. Nuriyev isə yeni müqavilə təklifini geri çevirib.