Ceyhun pula görə "Turan Tovuz"dan imtina edib?
- 04 Dek 2023 15:00
- 438
"Sabah"la yeni müqailə imzalamaqdan imtina edən Ceyhun Nuriyevin "Turan Tovuz"a keçmək ehtimalı haqda yazmışdıq.
Rekord.az xəbər verir ki, Tovuz təmsilçisi Nuriyevi icarəyə götürmək niyyətində idi.
Komandanın baş məşqçisi Ayxan Abbasov da "Sumqayıt"la oyundan sonra keçirilən mətbuat konfransında məlumatı təsdiqləmiş, onlar tərəfindən futbolçuya təklif olunduğunu, lakin futbolçudan konkret cavab ala bilmədiklərini bildirmişdi. Əldə etdiyimiz məlumata görə, Ceyhun daha iddialı klubla, daha yaxşı maliyyə şərtləri altında müqavilə bağlamaq istəyir. Məhz bu səbəbdən hələ ki, "Turan Tovuz"un təklifinə "hə" deməyə tələsmir.