"Neftçi"nin sabiq futbolçusu Soni Mustivar yenidən Azərbaycana dönə bilər.

Rekord.az-a daxil olan məlumata görə, "Keşlə"nin yeni idman direktoru Ceyhun Sultanov haitili futbolçunu bu kluba məsləhət görüb.

Rəhbərliklə futbollçu arasında qarşılıqlı anlaşma olarsa, Sultanov keçidin baş tutmasını şəxsən həyata keçirəcək.

Qeyd edək ki, Mustivari "Neftçi"yə də məhz Ceyhun gətirmişdi.