«Qarabağ»a rüsvayçı şəkildə uduzan (0:6) «Neftçi»dən yeni-yeni xəbərlər gəlməkdədir.

Rekord.az xəbər verir ki, sportinfo.az-ın klubdan əldə etdiyi məlumata görə, Füzuli Məmmədovdan sonra daha bir funksionerin «qələmi qırılıb».

Ceyhun Sultanovun idman direktoru postundan uzaqlaşdırılmasına dair «yuxarı»dan – SOCAR və AFFA-dan göstəriş gəlib. Sözügedən dairələrin yekdil fikrinə əsasən, uğursuzluqların «memar»ı bu şəxsdir

. Çünki F.Məmmədovu «Neftçi»yə gətirən, Roberto Bordinə köməkçi təyin edən, sonra da italyanın yerində əyləşdirən C.Sultanovdur. əsas komanda tam olaraq idman direktorunun kurasiyasında idi və nəticələrə görə məsuliyyət də onun üzərindədir.

Odur ki, fəaliyyəti qeyri-kafi hesab olunub və vəzifədən atılması istənilib.