Məşhur CBSSports telekanalında yayımlanan verilişdə maraqlı bir hadisə yaşanıb. Belə ki, tanınmış aparıcı Keyt Abdo-Skott daimi ekspertlər olan Ceymi Karraqer və Mayka Riçardsa bu il Avropa Liqasında oynayan klubların ölkələri tapmağı təklif edib. Sualların biri "Qarabağ"la bağlı olub. "Bu klub hansı ölkəni təmsil edir" sualına 3 cavab variantı verilib: Gürcüstan, Qazaxıstan, Azərbaycan. Riçard cavabı doğru tapıb, Karrager isə Qazaxıstanın adını çəkib. Sonda digər ekspert Tyerri Anri klubumuz haqda qısa məlumat verib, təmsilçimizin 1-ci Qarabağ müharibəsi zamanı doğma Ağdandan didərgin düşdüyünü, oyunlarını paytaxt Bakıda keçirdiyini qeyd edib.

 

Videonun linki: https://www.facebook.com/share/v/ZVopFBRo1sPsFoS6/?mibextid=oFDknk