Çiçarito "Qarabağ"la görüşü buraxa bilər
- 30 Okt 2019 14:45
- 777
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sevilya" tunirdəki növbəti üç görüşdə əsas futbolçularına istirahət verəcək.
Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, növbəti mərhələyə vəsdiqəni böyük ölçüdə təmin edən Əndəlüs təmsilçisi bütün diqqətini La Liqaya yönəltmək niyyətindədir.
Baş məşqçi Xulen Lopeteqinin sıx oyun qrafikinə görə xüsusən hücum xəttində dəyişiklik etmək istədiyi bildirilir. İspanlar artıq əsas heyət üzvünə çevrilən Çiçaritonun Avroliqanın qarşıdakı oyunlarında meydana çıxamayacağını yazıb.
Çiçarito ilk iki turda "Qarabağ" və APOEL-lə qarşılaşmada qol vurub.
Qeyd edək ki, "Sevilya" ilk üç turun hamısında qalib gələrək 9 xalla qrup lideridir. İspaniya klubu "Qarabağ"la noyabrın 28-də evdə qarşlaşacaq.