Abdullahi Şuaybunun "Kəpəz"də qalacağı böyük ölçüdə dəqiqləşdi.

Rekord.az xəbər verir ki, bu futbolçuya bir neçə yerli klub maraq göstərsə də onunla bağlı "Kəpəz"ə rəsmi təklif gəlməyib.

İş ondadır ki, Şuaybunun "Kəpəz"lə hələ qüvvədə olan 1 illik müqaviləsi var bə bu mənada onu almaq istəyən klub rəsmi olaraq, Gəncə təmsilçisinə müraciət etməlidir. Lakin görünür Şuaybuya maraq elə maraq səviyyəsində olub. Ya da görünür klubla müqaviləsi olduğu üçün heç kim əlavə xərcə düçüb təzminat ödəmək istəməyib. Fakt odur ki, nigeriyalı həftə sonuna kimi Azərbaycana gəlib "Kəpəz"in məşqlərinə qoşulacaq.