Çili millisinin sabiq üzvü karyerasını bitirdi - 41 yaşında
- 27 Avq 2024 15:20
- 142
Çili millisinin sabiq kapitanı Klaudio Bravo 41 yaşında karyerasını bitirib.
Rekord.az xəbər verir ki, qapıçı açıqlamasında komanda yoldaşlarına, məşqçilərə, azarkeşlərə və ailəsinə dəstəyə görə təşəkkür edib.
Karyerası ərzində 22 titul qazanan Bravo Çilinin "Kolo-Kolo", İspaniyanın "Real Sosyedad", "Barselona", "Betis", İngiltərənin “Mançester Siti" klublarında çıxış edib.