Çimərlik güləşçilərindən ilin ilk sınağında uğurlu start
- 28 May 2022 23:52
- 586
Türkiyədə çimərlik güləşi üzrə dünya seriyasının ilk mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, bu gün bütün çəkilər üzrə qrup mərhələsinin ilk 2 turunun görüşləri keçirilib.
Yarışda Azərbaycanı təmsil edən güləşçilərdən Rübail İbrahimli, Ramiz Həsənov (hər ikisi 70 kq), Omid Kamaliagdam (80 kq), İbrahim Yusubov (90 kq) və Camal Feyziyev (+90 kq) hərəyə 1 qələbə qazanıb. Ən ağır çəkidəki digər təmsilçimiz Oyan Nəzəriani isə keçirdiyi hər iki qarşılaşmadan qalib ayrılıb.
Sabah qrup mərhələsində son turun görüşləri keçirildikdən sonra yarımfinal və final qarşılaşmaları baş tutacaq.