Çimərlik güləşi üzrə milli məşqləri davam etdirir
- 04 İyn 2021 19:30
- 909
Azərbaycanın çimərlik güləşi üzrə milli komandası məşqləri davam etdirir.
Rekord.az xəbər verir ki, yay mövsümü başladığı üçün yığmamız artıq açıq havada hazırlıq prosesini bərpa edib.
Soyuq hava şəraitində Olimpiya Güləş Mərkəzində yerləşən Çimərlik güləşi zalında məşqlər keçirilirdisə, artıq qarşıdan gələn yarışlara dəniz kənarında hazırlaşmaq imkanı yaranıb.
Bu gün Novxanı çimərliyində növbəti belə məşqlərdən biri baş tutub. Millimizin baş məşqçisi Oyan Nəzəriani və gənclərdən ibarət yığmamızın məşqçisi Əşrəf Əliyevin rəhbərliyi altında reallaşan hazırlıq prosesində yoxlama görüşləri də keçirilib.
Qeyd edək ki, çimərlik güləşi üzrə komandamızın üzvləri üçün mövsüm gələn ay start götürəcək. Güləşçilərimiz iyulun 16-17-də Fransada təşkil ediləcək Dünya Seriyasının ilk mərhələsində ölkəmizi təmsil edəcək.