Futbol üzrə 9-cu Avropa çempionatı 1992-ci ildə İsveçdə təşkil olunmuşdu. İyunun 10-dan 26-a kimi sözügedən ölkənin 4 şəhəri oyunlara ev sahibliyi edəcəkdi. Bunlar Göteborq (Ullevi stadionu), paytaxt Stokholm (“Rosunda” stadionu), Malmo (“Malmö” stadionu ) və Norçöpinq ("İdotfsparken") şəhərləri idi.

 

Rekord müraciət

Turnirin final mərhələsinin formatında heç bir dəyişiklik edilməmişdi. Yenə öncə təsnifat mərhələsinin oyunları baş tutmalı, ən güclü 8 komanda final mərhələyə vəsiqə qazanmalı idi. Diqqət çəkən bir məqam AVRO-92-nin təsnifat mərhələsindəki iştirak üçün record sayda komandanın müraciət etməsi oldu – 35. Seçmə mərhələnin püşkü 1990-cı il fevralın 2-də Stokholm şəhərində keçirildi.

 

Bir birləşmə, iki parçalanma

Püşkatmanın baş tutduğu 1990-cı illə, final mərhələnin start götürdüyü 1992-ci ilə kimi isə Avropada çox maraqlı siyasi proseslər baş Verdi ki, bu da birbaşa futbola da sirayət elədi. Məsələn, püşkə görə 5-c qrupda Almaniya Federativ Respublikası (AFR) ilə Almaniya Demokratik Respublikası (ADR) yer almışdı. Lakin püşkatmadan 8 ay sonra ADR mövcudluğunu dayandıraraq AFR-ın tərkibinə keçməyə qərar Verdi. Beləliklə, uzun illər sonra məhşur Berlin divarı söküldü və iki alman dövləti vahi Almaniya adı altında birləşdi. Bu səbəbdən də 5-ci qrupda mübarizə 4 yox, 5 komanda arasında getdi. Əvəzində Yuqoslaviya və SSRİ-də parçalanma baş Baxmayaraq ki, hər iki komanda seçmə mərhələni lider kimi başa vurmuşdu, UEFA yalnız SSRİ-yə MDB adı ilə final mərhələdə iştiraka icazə Verdi. Yuqoslaviyaya isə bu icazə verilmədi və əvəzində onların qalib olduğu 4-cü seçmə qrupun ikincisi Danimarka final mərhələdə iştirak hüququ qazandı. Maraqlıdır ki, baş verənlər bir göz qırpımında oldu. Belə ki, 1992-ci il mayın 30-da BMT Təhlükəsizlik Şurası tərəfindən Yuqoslaviyaya qarşı kompleks sanksiyaların tətbiqi ilə əlaqədar qəradan sonra UEFA-nın prezidenti Lennart Yohanssonun sədrliyi ilə UEFA-nın Fövqəladə Hallar Komitəsi də iclas keçirdi. 1992-ci il mayın 31-də Nyuportda (Uels) keçirilən iclasda Yuqoslaviyanın final mərhələdən kənarlaşdırılmasına qərar verildi. Maraqlıdır ki, bu vaxta qədər Yuqoslaviya komandası artıq İsveçə gəlmişdi. Çempionatın startına 10 gün qalmış verilən qərardan sonra məcbur şəkildə çantalarını yığıb geri qayıtmalı oldular. Danimarka isə turnirə faktiki hazırlıqsız gəldi. Belə ki, final mərhələdən kənar qalan komanda üzvləri hamısı istirahətə yollanmışdı. Baş məşqçi onların bəzilərini hətta çimərlikdən götürüb birbaşa Avropa çempionatına apardı. Beləliklə, 8 ölkə Avropa çempionluğu uğurunda mübarizəyə başladı: İngiltərə, Almaniya, Danimarka, Niderland, MDB, Fransa, İsveç, Şotlandiya.

 

Sürpriz çempion!

Püşkə görə A qrupunda İsveç, Danimarka, Fransa, İngiltərə, B qrupunda isə Niderland, Almaniya, Şotlandiya və MDB yığmaları yer almışdı.  Sürpriz şəkildə final mərhələyə vəsiqə qazanan və İsveçə demək olar ki, hazırlıqsız, çimərlikdən yığışaraq gələn danimarkalılar gözlənilmədən İngiltərə və Fransa kimi futbol nəhənglərini geridə qoyaraq qrup ikincisi kimi yarımfinala vəsiqə qazandılar. Digər yarımfinalçı isə ev sahibi İsveç oldu. B qrupunda isə sürpriz olmadı və favoritlər niderlandlılarla almanlar yarımfinala çıxdılar.

İlk yarımfinal matçında qrupdan daha asan çıxan İsveçlə, daha çətin çıxan Almaniya üz-üzə gəldi. Meydança sahiblərinin almanlara daha ciddi müqavimət göstərəsəyi gözlənilsə də, bu, baş vermədi. Almaniya millisi rəqibini 3:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazandı.

Digər yarımfinalda isə sürpriz Danimarka ilə favorit Niderland qarşılaşdı. Çoxları “Uçan hollandlar”ın skandinavların sürprizinə son qoyacağını gözləsə də, hər şey əksinə oldu. Danimkarka artıq 5-ci dəqiqədə Larsenlə Niderlanda şok yaşatdı. Berqamp 23-cü dəqiqədə hesabı bərabərləşdirsə də, 10 dəqiqə sonra Larsen yenidən Danimarkanı hesabda önə çıxartdı. Bu hesab 86-cı dəqiqəyə kimi dəyişmədi. Nəhayət, sona 4 dəqiqə qalmış fərqlənən Raykard hesabı bərabərləşdirdi və oyun əlavə vaxtda getdi. Əlavə vaxtda da qalib müəyyənləşməyincə, ikinci finalçını penalty seriyası müəyyən etməli oldu. Burada isə Peter Şmeyxelin benefisi oldu. Van Bastenin zərbəsini dəf etməklə komanda yoldaşlarına əlavə ruh verən əlcək sahibi ümumi qələbədə də əsas pay sahiblərindən oldu. Beləliklə, güclü rəqibini penalty seriyasında məğlub edən Danimarka millisi finalda Almaniyanın rəqibi oldu.

Həlledici görüşdən öncə hər kəsi bir sual düşündürürdü: almanlar “Danimarka sürprizi”nə son qoya biləcək? Təbii ki, favorit almanlar idi. Lakin Danimarkanı da ciddi qəbul edənlər az deyildi. Oyun da bunu sübut etdi. Məhz bu çempionatdan sonra "Mançester Yunayted"in əfsanəsinə çevriləcək Şmeyxel finalı inanılmaz keçirdi. Müdafiə xəttində komandanın kapitanı Lars Olsen, eləcə də orta və ön xətdə Kim Vilfort, Yon Yensen, Henrik Larsen, Flemminq Poulsen özlərini ən yaxşı tərəfdən göstərdilər. 18-ci dəqiqədə artıq hesab açıldı. Yensen bir toxunuşla topu Bodo İlqnerin qoruduğu qapıya göndərdi.

Hesabı bərabərləşdirmək üçün almanların kifayət qədər vaxtı var idi və gözlənildiyi kimi, onlar dayanmadan aramsız hücumlar etməyə başladı. Almanların baş məşqçisi Berti Foqts ikinci hissədə komandanın aparıcı müdafiəçilərindən olan Mattias Zammeri meydandan alaraq, yerinə Tomas Dollu buraxdı. Lakin bu da heç nəyi dəyişmədi. 78-ci dəqiqədə Danimarka ikinci qolu vurdu. Vilfort əvəzetmə ilə oyuna daxil olmuş Klaus Kristiansenin pasını qəbul edərək, bir hərəkətlə iki rəqibini keçdi və cərimə xəttindən qarşısıalınmaz zərbə vurdu. Bu qol həm də finalın taleyini həll etdi. Qələbə hesabını sona qədər qoruyan Riçard Möller Nilsenin Danimarkası tarixi nəticəyə imza atdı və Avropa çempionu adını qazandı!

 

A qrupu

İsveç – Fransa 1:1

Qollar: Eriksson, 24 – Papen, 59

10 iyun, Stokholm, 29 860 tamaşaçı

Baş hakim: Aleksey Spirin (MDB)

 

Danimarka – İngiltərə 0:0

11 iyun, Malmö, 26 385 tamaşaçı

Baş hakim: Yon Blakenştayn (Niderland)

 

İngiltərə - Fransa 0:0

14 iyun, Malmö, 26 535 tamaşaçı

Baş hakim: Şandor Pul (Macarıstan)

 

İsveç – Danimarka 1:0

Qol: Brolin, 58

14 iyun, Stokholm, 29 902 tamaşaçı

Baş hakim: Aron Şmidhuber (Almaniya)

 

Danimarka – Fransa 2:1

Qollar: Larsen, 51; Elstup, 82 – Papen, 61

 

İsveç – Fransa 2:1

Qollar: Erikkson, 51; Brolin, 81 – Platt, 3

 

 

 

B qrupu

Niderland – Şotlandiya 1:0

Qol: Berqkamp, 77

12 iyun, Göteborq 35 720 tamaşaçı

Baş hakim: Bu Karlsson (İsveç)

 

MDB – Almaniya 1:1

Qollar: Dobrovolski, 64 (pen) – Hessler, 89

12 iyun, Norrçöpinq, 17 410 tamaşaçı

Baş hakim: Jerar Bige (Fransa)

 

Almaniya – Şotlandiya 2:0

Qollar: Ridle, 29; Effenberq, 47

15 iyun, Norrçöpinq, 17 638 tamaşaçı

Baş hakim: Gi Qutais (Belçika)

 

MDB – Niderland 0:0

15 iyun, Göteborq, 34 400 tamaşaçı

Baş hakim: Peter Mikkelsen (Danimarka)

 

Şotlandiya – MDB 3:0

Qollar: Makstey, 6; Makkler, 16; Makallister, 83 (pen)

18 iyun, Norrçöpinq, 14 660 tamaşaçı

Baş hakim: Kurt Rötıisberger (İsveçrə)

 

Niderland – Almaniya 3:1

Qollar: Raykard, 4; Vitsge, 15; Berqkamp, 72 – Klinsmann, 54

18 iyun, Götebor, 37 725 tamaşaçı

Baş hakim: Pyerluici Payretto (İtaliya)

 

 

Yarımfinal

İsveç – Almaniya 2:3

Qollar: Brolin, 65 (pen); Kennet Andersson, 90 – Hessler, 11; Ridle, 59, 89

21 iyun, Stokholm, 28 827 tamaşaçı

Baş hakim: Tullio Laneze (İtaliya)

 

Danimarka – Niderland 2:2 (pen 5:4)

Qollar: Larsen, 5; 33 – Berqkamp, 23; Raykard, 86

22 iyun, Göteborq, 37 450 tamaşaçı

Baş hakim: Emilio Soriano Aladren (İspaniya)

 

FİNAL

Danimarka – Almaniya 2:0

Qollar: Yensen, 19; Vilfort, 79

26 iyun, Göteborq, 37 800 tamaşaçı

Baş hakim: Bruno Qaller (İsveçrə)

 

Hazırladı: Anar XANLAROV