Bu il Çində keçirilməli olan beynəlxalq yarışlar baş tutmayacaq.

Rekord.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Koronavirus pandemiyasında görə  bu ilə planlaşdırılan beynəlxalq idman tədbirləri ləğv olunub.

Yalnız 2022-ci ildə Çinin paytaxtı Pekində təşkil olunacaq Qış Olimpiya Oyunlarına seçmə yarışlar ləğv edilməyib. Həmin turnirlərin taleyinə sonradan aydınlıq gələcək.