Futbol üzrə Çin Super Liqasında yeni mövsümün başlayacağı tarix müəyyənləşib.

Rekord.az xəbər verir ki, çempionat iyulun 25-də start götürəcək. Bu barədə ölkənin futbol assosiasiyası məlumat yayıb.

Çempionatın fevralda başlaması nəzərdə tutulsa da, koronavirus səbəbiylə təxirə salınmışdı.