Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin daha 9 oyunu keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” Gürcüstanda Tiflis “Dinamo”sunun, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sı isə Norveçdə “Bude Qlimt” klubunun qonağı olub.

“Neftçi” səfər oyunundan çətin qələbə ilə ayrılıb. Elə Mahirin komandası da səfərdən qələbə ilə dönüb. Özü də Polşa çempionunun iki qolunu məhz azərbaycanlı hücumçu vurub. 

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin cavab oyunları 13-14 iyulda keçiriləcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları

7 iyul

Dinamo (Tiflis, Gürcüstan) – Neftçi (Azərbaycan) 1:2

Bude Qlimt (Norveç) – Legiya (Polşa) 2:3

Slovan (Bratislava, Slovakiya) – Şemrok Rovers (İrlandiya) 2:0

Dinamo (Zaqreb, Xorvatiya) – Valyur (İslandiya) 3:2

Lüdoqorets (Bolqarıstan) – Şaxtyor (Soliqorsk, Belarus) 1:0

Makkabi (Hayfa, İsrail) – Kayrat (Qazaxıstan) 1:1

Teuta (Albaniya) – Şerif (Moldova) 0:4

Malmö (İsveç) – Riqa (Latviya) 1:0

Konnas-Ki Nomads (Uels) – Alaşkert (Ermənistan) 2:2