ÇL: 1-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu
- 13 İyl 2023 00:42
- 282
Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.
Rekord.az xəbər verir ki, sonuncu oyun günündə 5 qarşılaşma baş tutub.
Günün ilk matçı Qazaxıstanda "Astana" və Gürcüstanın "Dinamo" (Tiflis) komandaları arasında olub. 2 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.
Slovakiyada "Slovan" və Lüksemburqun "Svift" klublarının iştirakı ilə oynanılan günün son dueli də eyni hesabla başa çatıb - 1:1.
Bu mərhələnin cavab oyunları 18-19 iyulda keçiriləcək.
Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
12 iyul
Astana (Qazaxıstan) - Dinamo (Tiflis, Gürcüstan) 1:1
HJK (Finlandiya) - Larne (Şimali İrlandiya) 1:0
Haken (İsveç) - TNS (Uels) 3:1
Farul (Rumıniya) - Şerif (Moldova) 1:0
Slovan" (Slovakiya) - Svift (Lüksemburq) 1:1