Bu gün futzal üzrə UEFA Çempionlar Liqasının 2021/22 mövsümünün ilkin mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi “Araz” (Naxçıvan) komandası F qrupunda yer alıb.

Joze Alesionun başçılıq etdiyi komanda “Kampuksen Dinamo” (Finlandiya), “Raba” (Latviya) və “Europa” (Cəbəllütariq) klubları ilə qarşılaşacaq. Qrupun oyunları avqustun 20-dən 25-dək Latviyada keçiriləcək.

Qeyd edək ki, reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.