
ÇL: “Arsenal”dan darmadağın, “Real”dan çətin qələbə
- 02:00
- 35
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə 4 matç keçirilib.
Günün ilk qarşılaşmasında “Brügge” ilə “Aston Villa” görüşüb. İngilislər Belçikada inamlı qələbə qazanaraq, növbəti mərhələyə yüksəlmək üçün yaxşı şans əldə ediblər.
Günün əsas matçı Madriddə olub. Derbidə “Real” “Atletiko”nu çətinliklə də olsa, məğlub edib.
“Arsenal”ı isə artıq 1/4 finalda hesab etmək olar. "Topçular" Niderlandda PSV-ni 7:1 hesabı ilə məğlub ediblər.
“Lill” də Dortmundda “Borussiya” ilə heç-heçəyə nail olub.
UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
4 mart
“Brügge” (Belçika) - “Aston Villa” (İngiltərə) 1:3
Qollar: De Kuyper, 12 – Beyli, 3. Meşele, 82-öz qapısına. Asensio, 88-pen.
“Real” (İspaniya) - “Atletiko” (İspaniya) 2:1
Qollar: Rodriqo, 4. B.Dias, 55 – X.Alvares, 32.
PSV (Niderland) - “Arsenal” (İngiltərə) 1:7
Qollar: Lanq, 43 – Timber, 18. Nvaneri, 21. Merino, 31. Edeqor, 47; 73. Trossar, 48. Kalafyori, 85.
“Borussiya” (Dortmund, Almaniya) - “Lill” (Fransa) 1:1
Qollar: Adeyemi, 22 – Haraldsson, 68.