ÇL: “Atletiko” və “Borussiya” da 1/4 finalda!
- 14 Mar 2024 02:59
- 257
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə 2 oyun keçirilib.
"Atletiko" ilk görüşdə 0:1 hesabı ilə uduzduğu "İnter"i qəbul edib. Matçın əsas və əlavə vaxtı "Atletko"nun 2:1 üstünlüyü ilə başa çatıb. Buna görə də penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan "Atletiko" 1/4 finala yüksəlib.
Dortmund "Borussiya"sı isə ilk matçda heç-heçə etdiyi PSV-yə evdə 2:0 hesabıyla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Bundan əvvəl "Bayern", PSJ, "Mançester Siti", "Real", "Arsenal" və "Barselona" da 1/4 finala vəsiqə qazanmışdılar. 1/4 finalın püşkü martın 15-də keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
13 mart
"Atletiko" (İspaniya) - "İnter" (İtaliya) - 2:1 (penaltilər 3:2)
Qollar: Qrizman, 35. Depay, 86 - Dimarko, 33.
İlk oyun - 0:1
"Borussiya" (Dortmund, Almaniya) - PSV (Niderland) - 2:0
Qollar: Sanço, 3. Roys, 90+5.
İlk oyun - 1:1