Azərbaycanın minifutbol üzrə "Birbaşa Bakı" komandası Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında finala vəsiqə qazanıb.

Rekord.az xəbər verir ki, həlledici mərhələyə gedən yolda "Andezit" (Ukrayna) klubu ilə üz-üzə gələn təmsilçimiz rəqibini penaltilər seriyasında məğlub edib.

Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

“Birbaşa Bakı” 1/4 finalda Rumıniya təmsilçisi "Nova Vita"ya 2:1 hesabı ilə qalib gəlib.