
ÇL: “Bayern” son dörd ildə ilk dəfə doğma meydanda uduzdu
- 09 Apr 2025 16:40
- 83
“Bayern” UEFA Çempionlar Liqasında son dörd ildə ilk dəfə doğma meydanda məğlub olub.
Rekord.az xəbər verir ki, komanda ötən gün turnirin 1/4 final mərhələsinin ilk oyununda "İnter"ə uduzub (1:2).
Münhen təmsilçisi daha əvvəl 2021-ci ildə eyni raundda evdə PSJ-yə (Fransa) yenilib - 2:3.
"İnter"lə "Bayern" arasında cavab görüşü aprelin 16-da gerçəkləşəcək. Cütün qalibi yarımfinalda "Barselona" (İspaniya) - "Borussiya" (Almaniya, Dortmund) duelinin güclüsü ilə üz-üzə gələcək.