ÇL: “Birbaşa Bakı” növbəti mərhələyə vəsiqə qazandı
- 07 Sen 2023 16:30
- 325
Minifutbol üzrə "Birbaşa Bakı" komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında ikinci oyununa çıxıb.
Rekord.az xəbər verir ki, rəqib Moldovanın "Volta" kollektivi olub.
Qarşılaşma Azərbaycan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız ötən gün Yunanıstan çempionu “Maqufana”ya qalib gəlmişdi - 3:1.
Beləliklə, xallarının sayını 6-ya çatdıran "Birbaşa Bakı" 1/8 finala vəsiqəni təmin edib.
Üçüncü görüşdəki rəqib Albaniyanın "Prestij" klubu olacaq. Matç saat 20:00-da başlayacaq.