ÇL-də 1/8 final mərhələsinin püşkü atıldı
- 16 Dek 2019 15:21
- 830
Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Rekord.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan püşk zamanı komandalar iki səbətdə yer alıb.
Püşkdə heç bir komanda öz ölkəsindən olan və qrupda qarşılaşdığı klubla düşə bilməzdi.
1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
“Borussiya” (Dortmund, Almaniya) - PSJ (Fransa)
“Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə)
“Atalanta” (İtaliya) - “Valensiya” (İspaniya)
“Atletiko” (İspaniya) - “Liverpul” (İngiltərə)
“Çelsi” (İngiltərə) - “Bavariya” (Almaniya)
“Olimpik” (Lion, Fransa) - “Yuventus” (İtaliya)
“Tottenhem” (İngiltərə) - “Leyptsiq” (Almaniya)
“Napoli” (İtaliya) - “Barselona” (İspaniya)