ÇL-də 1/8 finalın püşkü atıldı
- 14 Dek 2020 15:21
- 654
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, püşkdən öncə 16 komanda iki səbətə bölünüb.
Qrup mərhələsinin 8 qalibi səpələnmiş, ikinci yer sahibləri səpələnməmişlər sırasında yer alıb. Bu mərhələdə eyni ölkə təmsilçiləri və bir qrupda mübarizə aparan komandalar üz-üzə gələ bilməyəcək. Qrup qalibləri ilk matçı səfərdə, cavab oyununu evdə keçirəcək.
1/8 finalın ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab görüşləri martın 9-10-da və 16-17-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 final
Borussiya (Münhenqladbax, Almaniya) - Mançester Siti (İngiltərə)
Latsio (İtaliya) - Bavariya (Almaniya)
Atletiko (İspaniya) - Çelsi (İngiltərə)
Leyptsiq (Almaniya) - Liverpul (İngiltərə)
Portu (Portuqaliya) - Yuventus (İtaliya)
Barselona (İspaniya) - PSJ (Fransa)
Sevilya (İspaniya) - Borussiya (Dortmund, Almaniya)
Atalanta (İtaliya) - Real (İspaniya)