ÇL-də dünənki oyunların ən yaxşıları məlum oldu
- 26 Fev 2020 17:42
- 793
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Çelsi” – “Bavariya” və “Napoli” – “Barselona” matçlarının ən yaxşı oyunçuları məlum olub.
Rekord.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Londonda keçirilən “Çelsi” – “Bavariya” matçının (0:3) ən yaxşısı iki qol vuran Serj Qnabri seçilib. İtaliyada baş tutan “Napoli” – “Barselona” qarşılaşmasının (1:1) ən yaxşısı isə Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Serxio Buskets olub.
UEFA, Çempionlar Liqasının pley-off mərhələsinin matçlarının ən yaxşıları üçün mükafat təsis edib.