UEFA Çempionlar Liqasında XXI əsrin rekordu qeydə alınıb.


Rekord.az xəbər verir ki, bu, turnirin Liqa mərhələsinin 8-ci turunda gerçəkləşib.


Bir oyun günündə 64 qol vurulub. Daha əvvəl XXI əsrdə bu göstərici qeydə alınmayıb.


Turnir tarixinin rekordu isə 1970-ci ildə qeydə alınıb. Həmin vaxt Çempionlar Kubokunda (hazırkı Çempionlar Liqası) bir gündə 66 qol qeydə alınıb.


Qitənin bir nömrəli klub turnirində pley-off mərhələsinin püşkü yanvarın 31-də atılacaq.