ÇL-də həftənin ən yaxşı futbolçusu adına namizədlər
- 30 Sen 2021 16:17
- 421
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər məlum olub.
Rekord.az xəbər verir ki, bu ada “İnter”dən (İtaliya) Milan Şkrinyar, “Benfika”dan (Portuqaliya) Darvin Nunyes, “Bayern”dən (Almaniya) Leroy Sane, “Şerif”dən (Moldova) Yorqos Atanasiadis namizəd olub.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.